Bakı 13˚C Mostly sunny

AZTV film çəkir

Multimedia 14:45 10 yan, 2023
AZTV film çəkir

Azərbaycan Televiziyası yeni çoxseriyalı bədii filmin çəkilişlərinə başlayıb.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Qazet.az-a verilən məlumata görə, mistik janrda olan serial “Tam məxfi” adlanır.

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan serialın tizer-treyleri artıq yayımlanıb. Tizerdən aydın olur ki, filmin baş qəhrəmanı yuxularında gələcəyi görən, ruhların səsini eşidə bilən qızcığazdır. Söhbət 12 yaşlı Dəniz Abbasovadan gedir. Dəniz 12 yaşında itkin düşür və 30 il sonra tapılır. Lakin maraqlısı odur ki, o, tapılanda da 12 yaşında olur. Rəsmi dövlət qurumları gələcəyi görə bildiyi üçün bu qıza iş birliyi təklif edirlər, baş verəcək cinayətlərin qarşısını almaq üçün onun bu qabiliyyətindən faydalanırlar.

Qeyd edək ki, çoxseriyalı bədii film tezlikdə AzTV-də yayımlanacaq.