Bakı 18˚C Mostly cloudy

Bağçada körpəsinə şiddət göstərilən ATA DANIŞDI

Cəmiyyət 14:02 14 yan, 2022

Hazırda hadisə ilə bağlı araşdırma gedir

Bağçada körpəsinə şiddət göstərilən <span style="color:red">ATA DANIŞDI</span>

“2019-cu il təvəllüdlü uşağımı döyən tərbiyəçi Zülfiyyə Baxışova yaxın qohumumdur”.

Qazet.az xəbər verir ki, bu sözləri uşaq bağçasında tərbiyəçi tərəfindən şiddət göstərilən azyaşlının atası, İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülərdən danışarkən deyib.

“Mənim bundan başqa üç övladım da İsmayıllıda 1 saylı uşaq bağçasında təhsil alıb”, - deyə R.Mirzəliyev böyük rezonans doğuran hadisə ilə bağlı açıqlamasında bildirib.

O əlavə edib ki, hazırda hadisə ilə bağlı araşdırma gedir:

“Özümüz də sözügedən görüntünü sosial şəbəkədə görmüşük. Təbii, bu görüntülər bizi üzdü. Hər zaman bizim ailə ilə Zülfiyyə Baxışova arasında mehriban, isti münasibət olub. Bundan başqa, mənim digər övladlarımın da tərbiyəsi ilə sözügedən müəllim məşğul olub. Heç zaman ondan narazı olmamışıq. Hadisə ilə bağlı övladım da evdə hər hansı bir söz deməyib”.

Rəşid Mirzəliyev uşağının səhhətindən də söz açıb: “Hazırda övladımın səhhəti normaldır. Hər hansı bir problem yoxdur”.

Mənbə