Bakı 23˚C Intermittent clouds

Bağdadda baş nazirin iqamətgahı hədəfə alındı

Gündəm 14:00 08 noy, 2021

Şəxsi tvitter hesabında salamat olduğunu bildirən baş nazir Mustafa Əl-Kazemi hamını sabitliyi və özlərini qorumağa çağırıb.

Bağdadda baş nazirin iqamətgahı hədəfə alındı

İraqın baş naziri Mustafa Əl-Kazemi dünən axşam Bağdadda iqamətgahına olan terror hücumuna münasibət ifadə edərək deyib ki, ölkəsi bugün yaranmamış və bu hökumətin fəaliyyətinin nəticəsi olmayan keşməkeşli yolların bir çoxundan keçməkdədir. Yaşıl bölgədə cinayət törətmiş şəxsləri yaxşı tanıyırıq və onlar təqib olunacaqlar. 

Qazet.az ərəb KİV-nə istinadən xəbər verir ki, İraq dövləti dünən səhər yerli vaxtla nəşr etdiyi bir bəyanatda elan edib ki, baş nazir Mustafa Əl-Kazeminin yaşadığı yer bombalı pilotsuz uçuş aparatı ilə sui-qəsd hədəfinə çevrilib. Lakin baş nazirə hər hansı bir zərər dəyməyib.

Bu xəbərin yayımlanmasından qısa bir müddət sonra şəxsi tvitter hesabında salamat olduğunu bildirən baş nazir Mustafa Əl-Kazemi hamını sabitliyi və özlərini qorumağa çağırıb.

O, bildirib: “Biz İraqın bir region savaşına doğru sürüklənməsinin qarşısını aldıq və ölkədə təhlükəsizliyi saxlamağı bacardıq. Amma qüvvələr vardır ki, İraqın təhlükəsizliyini pozmaq niyyətindədirlər. Bu ölkəni bandalar ölkəsinə çevirmək istəyirlər. Biz isə ölkəni qurmaq istəyirik. Fəsad ilə mübarizə aparırıq və fəsad törədənlər ədalətdən qaça bilməyəcəklər”.