“Bakı Ayaqqabı Fabriki” özəlləşdirilib
Gündəm
13:15 23 noy, 2022
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) “Bakı Ayaqqabı Fabriki” ASC-nin səhmlərinin 85 %-nin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə elan etdiyi investisiya müsabiqəsinə yekun vurub.
Qazet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ƏMDX-nın Özəlləşdirmə şöbəsinin rəhbəri Əziz Mirzəyev bildirib.
Bununla belə, o, müsabiqənin qalibinin hansı şirkət olduğunu açıqlamayıb.
"Qalib qəqabətli hərrac şəraitində müəyyən olunub. Müsabiqənin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq", - deyə Ə.Mirzəyev qeyd edib.