Bakı 26˚C Intermittent clouds

Bakı əhalisinin sayı açıqlanıb

Cəmiyyət 19:40 22 sen, 2021

2021-ci ilin əvvəlində qeydə alınan paytaxt əhalisinin ümumi sayı açıqlanıb

Bakı əhalisinin sayı açıqlanıb

Bakı şəhər Statistika İdarəsi 2021-ci ilin əvvəlində qeydə alınan paytaxt əhalisinin sayını açıqlayıb.

Qazet.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, cari ilin əvvəlinə Bakı əhalisinin sayı 2 300,5 min nəfər təşkil edib. Bu, illik ifadədə 7,5 min nəfər və ya 0,3% çoxdur.

Qeyd edək ki, proqnozlara görə, 2040-cı ildə paytaxt əhalisinin sayı 3,17 mln. nəfərə çatacağı gözlənilir.

Xatırladaq ki, ərazisi 2,14 min kv. km təşkil edən Bakı şəhərinin 12 rayonu və 59 qəsəbəsi mövcuddur.