Bakı 0˚C Cloudy

"Bakı Fond Birjası"nın dövriyyəsi 24% artıb

Gündəm 13:24 02 dek, 2021

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,1 dəfə artaraq 10 828 olub

"Bakı Fond Birjası"nın dövriyyəsi 24% artıb

Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 14 148,1 milyon manat təşkil edib.

Qazet.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,1 dəfə artaraq 10 828 olub.