Bakı 18˚C Mostly sunny

Bakı-İstanbul reysi LƏĞV EDİLDİ

Biznes 20:28 12 mar, 2022

Martın 12-si üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib

Bakı-İstanbul reysi LƏĞV EDİLDİ

Türkiyədə əlverişsiz hava şəraiti ilə əlaqədar AZAL-ın bu gün, martın 12-si üçün nəzərdə tutulmuş Bakı-İstanbul (J2-077/J2-078) reysi ləğv edilib.

Qazet.az bu barədə AZAL-a istinadən xəbər verir.

Ləğv edilmiş reysin sərnişinləri sabah (13 mart) J2-075/J2-076 reysi ilə İstanbula yola düşəcəklər.

Uçuşun yerinə yetirilməsi üçün geniş gövdəli uzun məsafəli "Airbus 340" təyyarəsindən istifadə ediləcək.