Bakı 5˚C Dreary

Bakı karxanasında dəhşətli ölüm: İşçi daş kəsən maşınının arasında qaldı - RƏSMİ

Hadisə 19:25 15 noy, 2021

Hazırda iş üzrə istintaq davam etdirilir

Bakı karxanasında dəhşətli ölüm: İşçi daş kəsən maşınının arasında qaldı - <span style="color:red">RƏSMİ</span>

Noyabrın 12-si saat 18 radələrində Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Qaradağ” ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğunda Qazet.az-a verilən məlumata görə, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.