Bakı məktəblərində psixoloq ştatı artırıla bilər - RƏSMİ
Cəmiyyət
18:27 25 noy, 2021
Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib
“Bakı məktəblərində psixoloq ştatının artırılması ilə bağlı addımlar atılacaq”.
Qazet.az xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
M.Vəliyeva bildirib ki, bu sahədə boşluqlar var:
“Hazırda məktəblərdə psixoloji işin təşkili istiqamətində addımlar atılır. Mütəmadi olaraq bu istiqamətdə maarifləndirici konfrans və seminarlar təşkil olunur. Çünki risk qrupları ilə işləmək üçün müəyyən istiqamətlər var”.