Bakı 10˚C Intermittent clouds

"Bakı Metropoliteni" 3 milyon manatlıq ehtiyat hissələri alır

Gündəm 14:06 29 noy, 2021

Tenderin qalibi "N-LINK" MMC-dir

"Bakı Metropoliteni" 3 milyon manatlıq ehtiyat hissələri alır

"Bakı Metropoliteni" QSC 46 ədəd “Dormakaba TPB-E-02“ tripod tipli turniketlər üçün ehtiyat hissələrinin (qol mexanizmi, elektrik mühərriki, qida bloku, kəmər,ana platası) satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Qazet.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "N-LINK" MMC-dir.

Qalib şirkətə 2 569,1 min manat xərclənəcək.