Bakı 12˚C Cloudy

Bakı metropoliteninin tunellərində YENİLİK - FOTO

Cəmiyyət 17:57 17 noy, 2021

Yol yeni infrastrukturun qurulması üçün hazır vəziyyətə gətirilib

Bakı metropoliteninin tunellərində<span style="color:red"> YENİLİK - FOTO</span>

Bakı metropoliteninin uzun illərdir istismar olunan tunel yollarında ilk dəfə dəmir-beton blokların quraşdırılmasına başlanılıb.

Qazet.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, avqust ayında “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmiri və yenidənqurma işlərinin tərkib hissəsi kimi “Xətai” stansiyası istiqamətindəki tunelin 481 metr hissəsində ağac şpalların sökülməsi başa çatıb.

Yol yeni infrastrukturun qurulması üçün hazır vəziyyətə gətirilib.

Buna qədər dəmir-beton konstruksiyalar yalnız istismar olunan stansiya yollarında gödək ağac şpalları əvəz edib. Bu yenilik “Nərimanov” elektrik deposunun qatarlarının sınaq yolundan sonra “Xətai” stansiyasında, ardınca “Cəfər Cabbarlı” stansiyasının ancaq bir yolunda və nəhayət, “Elmlər Akademiyası” stansiyasının hər iki yolunda tətbiq edilib.

Blokların düzülməsi ilə növbəti yoxlama tədbirləri aparılaraq betonlamağa başlanılır. Bu qayda ilə stansiya yoluna qədər sökülmüş hissələrdə işlər davam etdiriləcək.

Bununla, Bakı metropoliteninin tarixində ilk dəfə istismarda olan tuneldə dəmir-beton bloklar ağac şpalları əvəz edəcək.