Bakı 24˚C Partly sunny

Bakı metrosunda FACİƏ

Gündəm 12:44 22 dek, 2021

Su təchizatı sahəsinin elektrik mexaniki metroda dünyasını dəyişib

Bakı metrosunda FACİƏ

"Bakı Metropoliteni" QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki metroda dünyasını dəyişib.

Qazet.az xəbər verir ki, qurumdan Trend-ə verilən məlumata görə, 1965-ci il təvəllüdlü Eldar Süleymanov bu gün səhər saat 7:55 dəqiqədə "Elmlər Akademiyası" stansiyasında özünü pis hiss edib.

"Dərhal ona təcili tibbi yardım xidməti cağırılıb, ilkin yardım edilib. TTY xidməti çatana qədər dünyasını dəyişib,"- deyə məlumatda qeyd olunub.