Bakı 22˚C Mostly sunny

Bakı metrosunda ölən şəxsin kimliyi BİLİNDİ

Gündəm 11:11 10 yan, 2023
Bakı metrosunda ölən şəxsin kimliyi BİLİNDİ

Bu gün səhər saatlarında “Bakı Metropoliteni”nin “20 Yanvar” metro stansiyasında dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

Qazet.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun mediaya verdiyi məlumata görə, həmin şəxs 1965-ci il təvəllüdlü Xəqani Hüseynovdur.