Bakı 26˚C Intermittent clouds

Bakı metrosunda ölüm hadisəsi baş verib

Hadisə 14:26 09 dek, 2021

Hadisə səhər saatlarında baş verib

Bakı metrosunda ölüm hadisəsi baş verib

“Bu gün saat 08:10 radələrində Bakı metrosunda qatarda olan bir sərnişin özünü pis hiss edib və “28 May” stansiyasında platformaya düşürülüb”.

Qazet.az xəbər verir ki, hadisə barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovdan məlumat alınıb.

“Bu vaxt artıq sərnişin özündə olmayıb. Həmin şəxs yaşlı bir şəxsdir. Dərhal təcili tibbi yardım çağırılıb. Həkimlər gəlib və ölüm faktını təsdiq edib” deyə o bildirib.