Bakı 18˚C Mostly cloudy

Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Cəmiyyət 17:39 20 okt, 2021

4 dəqiqəyə yaxın yubanma olub

Bakı metrosunda qatarların hərəkəti ləngiyib

“Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasından “Neftçilər” stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə Qazet.az-a qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, "Neftçilər" stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalan yoluna verilib. Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma olub. Xəttə ehtiyat qatar buraxılıb.