Bakı-Moskva aviareysinin sərnişinləri başqa təyyarə ilə yola düşəcəklər
Gündəm
15:59 12 dek, 2021
Sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər

"Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakıdan Moskvaya planlaşdırılan "Boeing-767" təyyarəsinin (J2-181 reysi) uçuşu texniki səbəblərə görə gecikir.
Bu barədə Qazet.az-a "Azərbaycan Hava Yolları" aviaşirkətindən məlumat verilib.
Məlumatda bildirilir ki, sözügedən reysin sərnişinləri Moskvaya başqa təyyarə ilə yola düşəcəklər.
Zərurət olduqda, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq ehtiyac duyduqları hər şeylə təmin olunacaqlar.