"Bakı-Qars dəmir yolu sayəsində fasiləsiz hərəkət təmin olunub"- Ərdoğan
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib
"Ankara-Sivas istiqamətində yüksək sürətli qatar xəttini yaxın vaxtlarda açacağıq."
Qazet.az Hürriyet qəzaetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bakı-Tiflis-Qars dəmir yolu sayəsində qatarların fasiləsiz hərəkətini təmin etdik. Gələn ildən milli elektrik lokomotivimizin istehsalına başlayacağıq. Sürətli qatar dizaynını tamamladıq. Prototip dizayn hissəsindəyik.
Ən böyük inkişaf sahələrindən biri hava nəqliyyatıdır. Daxili hava limanlarının sayını 26-dan 56-ya yüksəltdik. Beynəlxalq uçuşlarımızın sayını 50 ölkədəki 60 istiqamətdən 127 ölkəyə və 329 istiqamətə artırdıq.
3 ildir xidmət edən İstanbul Hava Limanımız Avropanın ən yaxşı hava limanları arasında 2-ci və ən işlək hava limanları arasında birincidir”, - deyə Ərdoğan bildirib.