Bakı-Qazax yolunda QƏZA: Ər-arvad xəsarət aldı
Hadisə
17:59 06 yan, 2022
Faktla bağlı araşdırma aparılır
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qazet.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdü Camal Hüseynov və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Tamara Dərziyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.