Bakı-Quba yolundakı yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
Bakı-Quba yolunun 120-ci km-də, Şabran rayonundan keçən hissəsində avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb.
Qazet.az-ın məlumatına görə, Sumqayıt şəhər sakini, 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov idarə etdiyi "Opel" markalı avtomobillə Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Gülnar Məmmədəli qızı Zeynalovanın idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil toqquşub.
Qəza nəticəsində 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov, həyat yoldaşı, 1975-ci il təvəllüdlü Samirə Şamil qızı Əliyeva və oğlu, 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Samirə Əliyevanın vəziyyəti ağır olduğundan Sumqayıt şəhərindəki xəstəxanaların birinə göndərilib.
İlkin məlumata görə, hər iki avtomobil Bakı şəhəri istiqamətinə hərəkətdə olublar.
Faktla bağlı araşdırma aparılır.