Bakı sakinləri Biləsuvarda 7 kq narkotiklə saxlanılıb
Faktla bağlı araşdırma aparılır
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qazet.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - V.Abıyev, A.Muradov və A.Həsənli sonuncunun idarə etdiyi avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Keçirilən baxış zamanı onların olduğu avtomobildən 4 kiloqram 260 qram narkotik vasitə heroin, 3 kiloqram 160 qram psixotrop maddə metamfetamin, 240 qram narkotik vasitə qurudulmuş marixuana və 10 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.