Bakı-Sumqayıt yoluna nə üçün avtobus zolağı çəkilmir? – AÇIQLAMA
Bu gün Bakı şəhərində demək olar ki, hər kəs tıxacdan və avtobus gecikməsindən əziyyət çəkir. Ən çox tıxac müşahidə edilən ərazilərdən biri isə Bakı-Sumqayıt yoludur.
Sözügedən yolda tıxacın aradan qaldırılması üçün dəfələrlə tədbirlər görüldü, hətta bir müddət öncə Bakı-Sumqayıt yolu genişləndirildi. Amma heç bir nəticəsi olmadı. Bu gün yenə də ictimai nəqliyyatın gecikdiyini günün istənilən saatında görürük.
Dünya təcrübəsindən də göründüyü kimi, ictimai nəqliyyatı nizama salmağın ən yaxşı yolu avtobus zolaqlarının çəkilməsidir. Paytaxtın bir sıra küçələrində avtobus zolaqlarını görə bilsək də, bu gün ən çox sıxlıq müşahidə edilən Bakı-Sumqayıt yolunda isə hələ də bu zolaqlar çəkilməyib.
Maraqlıdır, sözügedən ərazidə nə üçün avtobus zolaqları yoxdur?
Qazet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mediaya açıqlama verib. Qurum sözçüsü bildirdi ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə təklif paketi təqdim olunub:
“Bununla bağlı bir neçə ay bundan öncə Bakı Nəqliyyat Agentliyi tərəfindən Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komissiyasına təklif verilib. Komissiya təklifə baxıb təhlil edir və nəticədə qərar verir. Biz də qərara uyğun hərəkət edirik”.
Qaynaq