Bakı-Sumqayıt yolunda “QAZel” betona çırpılıb, ölən var
Hadisə
19:39 30 dek, 2021
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub
Bakı-Sumqayıt yolundan ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qazet.az APA-ya istinadən bildirir ki, yolun hərəkət istiqamətində olan "QAZel" markalı yük avtomobili betona çırpılıb.
Nəticədə avtomobildə olan bir nəfərin öldüyü bildirilir. Hazırda onun meyitinin avtomobildən çıxarılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.