Bakı-Şuşa-Bakı ilk avtobus reysi yola düşdü
Gündəm
11:02 24 yan, 2022
İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb

Bakıdan Şuşa şəhərinə Bakı-Şuşa- Bakı sərnişin avtobusu yola düşüb.
Qazet.az xəbər verir ki, ilk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb.
İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb.
Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam -Bakı marşrutları da start götürüb.
Xatırladaq ki, Bakıdan azad olunan ərazilərə avtobus reysləri həftə ərzində cədvəl üzrə hərəkət edəcək.