Bakı və Qusarda yanğın olub
Xəbərlər
16:42 26 avq, 2022
Bakı və Qusarda yanğın olub.
Bu barədə Qazet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Yasamal rayonu, Tbilisi prospektində açıq ərazidə 200 m² sahədə quru ot və ağaclar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Qusar rayonunun Cibir kəndində bələdiyyəyə aid ərazidə 135 ha biçilmiş taxıl sahəsi və 2 ha sahədə kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.