Bakı və Tokio əməkdaşlıq məsələlərini müzakirə etdi
Siyasət
10:35 31 avq, 2022

Yaponiya və Azərbaycanın paytaxtları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin feysbuk səhifəsində bildirilib.
Qeyd edilib ki, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Tokionun qubernatoru Koike Yuriko ilə görüşüb.
Görüşdə Azərbaycan və Yaponiya arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, həmçinin Bakı və Tokio arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.