Bakı 7˚C Sunny

Bakıda 10 yaşlı uşağı avtomobil vurub

Hadisə 02:23 30 dek, 2022
Bakıda 10 yaşlı uşağı avtomobil vurub

Bakının Nərimanov rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Ə.Hüseynovu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.