Bakı 3˚C Intermittent clouds

Bakıda 11 yaşlı uşaq "patı"dan psixi xəstəyə çevrilib - YENİLƏNİB

Hadisə 17:32 13 yan, 2022

Azyaşlı tez bir zamanda ruhi-əsəb xəstəxanasına yerləşdirilməlidir

Bakıda 11 yaşlı uşaq "patı"dan psixi xəstəyə çevrilib -<span style="color:red"> YENİLƏNİB</span>

Paytaxtda dövlət müəssisəsi və sığınacaqlara yerləşdirilməsinə baxmayaraq dəfələrlə qaçan 11 yaşlı uşaq psixi xəstəyə çevrilib.

Qazet.az xəbər verir ki, bununla bağlı  Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, hər gün Nizami metrosu ərazisində 10 manat topladıqdan sonra hər kəsin "patı" adıla bildiyi narkotik maddədən istifadə edən azyşalı artıq psixi xəstəlikdən əziyyət çəkir.

Birlik sədri əlavə edib ki, azyaşlı tez bir zamanda ruhi-əsəb xəstəxanasına yerləşdirilməlidir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Qazet.az-a açıqlamasında bildirib ki, hazırda sözügedən uşaq tapılıb və lazımi dəstəyin verilməsi üçün işlər görülür.

“Onun xəstəliyi indi deyil, uşaq uzun zamandır ki, narkotik istifadə edir. Bunun nəticəsində uşağın çox ciddi problemləri yaranıb. Artıq mənim paylaşımımdan sonra uşağı tapdılar və hal-hazırda yerləşdirilməsi istiqamətində işlər görülür. Tez zamanda müalicəsilə bağlı işlərində görülməsinə başlanılacaq”, - deyə Kamalə Ağazadə bildirib.