Bakıda 114A və 114B nömrəli marşrut xətlərində ödəniş “BakıKart”la olacaq
Gündəm
17:59 06 okt, 2021
Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər verir
Oktyabrın 8-dən Bakıda 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşviqabad qəsəbəsi - "20 Yanvar" m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Qazet.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.