Bakıda 16 yaşlı qız özünü 9-cu mərtəbədən ataraq intihar edib
Gündəm
11:03 15 okt, 2021
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb
Bakıda yeniyetmə intihar edib.
Qazet.az xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Müşfiqabad qəsəbəsində 16 yaşlı A.Eyvazova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
:48