Bakıda 15 məktəbdə istilik yoxdur - RƏSMİ
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyindəki bəzi məktəblərdə problemlərin olduğunu xatırladıb
Bakıda istilik sistemi problemi olan məktəblərin sayı açıqlanıb.
Qazet.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında qurumun tabeliyindəki bəzi məktəblərdə problemlərin olduğunu xatırladıb.
O bildirib ki, hazırda 15-ə yaxın məktəbdə istilik yoxdur:
“Məktəblərdə istilik problemlərinin həlli istiqamətində mütəmadi tədbirlər görülür. Bir müddət əvvəl istiliklə bağlı çox şikayət olurdusa, artıq onlar yavaş-yavaş azalıb”.
M.Vəliyeva eyni zamanda bir müddət əvvəl güclü külək nəticəsində problem yaranan məktəblərlə bağlı məsələyə də aydınlıq gətirib:
“Problemlər müəyyən səbəblərdən yaranır, lakin onların həlli istiqamətində də mütəmadi addımlar atılır”.