Bakıda 16 avtobus gecikmə ilə hərəkət edir
Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 ədəd avtobus tıxacda qalıb və hərəkət qrafikindən gecikir

Hazırda paytaxt yollarında, xüsusən də əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Qazet.az-a verilən məlumata görə, bu səbəbdən bir sıra istiqamətlərdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında ləngimə yaranıb.
Heydər Əliyev prospekti şəhər istiqamətində bir neçə yerdə fasilələrlə hərəkətə tətbiq edilən məhdudiyyət səbəbindən tıxac müşahidə edilməkdədir.
Hazırda 1, 38, 13, M3, M8 marşrutlarından 16 ədəd avtobus tıxacda qalıb və hərəkət qrafikində gecikir.
Ziya Bunyadov prospektindən 20 Yanvar istiqamətində isə 11, 24, 7A, 7B N-li münətəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.
Həmçinin Bakı-Sumqayıt şossesindən mərkəz istiqamətində hərəkət edən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 N-li müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda da gecikmələr yaranıb.