Bakıda 19 yaşlı qız özünü BİNADAN ATDI
Hadisə
18:17 27 noy, 2021
İntiharın səbəbi hələ ki, bəlli deyil
Bakıda intihar hadisəsi qeydə alınıb.
Qazet.az xəbər verir ki, 19 yaşlı Fidan Məftəliyeva özünü Yasamal rayonunda yerləşən “Qəbələ Residence” yaşayış kompleksi ərazisindəki binalardan birindən yerə atıb.
İntiharın səbəbi hələ ki, bəlli deyil.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.