Bakı 7˚C Intermittent clouds

Bakıda 2 nəfərin öldüyü qəzanın TƏFƏRRÜATLARI

Hadisə 13:34 14 dek, 2021

Hadisə nəticəsində “Mercedes”də olan 5 nəfərdən 3-ü ağır xəsarət alıb

Bakıda 2 nəfərin öldüyü qəzanın TƏFƏRRÜATLARI

Dekabrın 12-də səhər saatlarında Bakı şəhəri Sabunçu rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

Qazet.az xəbər verir ki, yük avtomobilinin minik maşınları ilə toqquşması nəticəsində 2 nəfərin ölümü, daha 1 nəfərin isə ağır xəsarət alması faktı ilə bağlı Sabunçu rayon polis idarəsində cinayət məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 2 və daha artıq şəxsin ölümünə səbbə olduqda) maddəsi ilə cinayət işi açılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, ağır qəza 1965-ci il təvəllüdlü Arzu Ağarəşidovun idarə etdiyi “Howo” markalı yük maşınını Kürdəxanı qəsəbəsi ərazisində sola döndərərkən baş verib. Belə ki, yük maşını dönmə manevri edərkən onunla eyni istiqamətdə hərəkət edən və 1988-ci il təvəllüdlü Seymur Şahkərimovun idarə etdiyi “Mercedes C Class” markalı avtomobil arxadan ona çırpılıb. Daha sonra isə Həsən İsmayılovun sürdüyü “Nissan Sunny” də yük maşınına dəyərək dayanıb.

Hadisə nəticəsində “Mercedes”də olan 5 nəfərdən 3-ü ağır xəsarət alıb. Onlardan 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlu və şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş digər sərnişin hadisə yerində vəfat edib. Daha bir sərnişin isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.