Bakı 26˚C Intermittent clouds

Bakıda 2 qadın döyüldü - FOTO

Gündəm 17:22 04 iyl, 2022

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib

Bakıda 2 qadın döyüldü - FOTO

İyulun 3-də Bakıda iki qadın fiziki zorakılığa məruz qalıb.

Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, qadının biri içki düşkünü olan olan atası və qardaşı tərəfindən yeddi yaşlı övladının gözü qarşısında döyülüb:

“O, 37-ci polis bölməsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək.

Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradağ Rayon İcra Hakimiyyətinə yönləndirmişəm”,- deyə o qeyd edib.