Bakıda 2 qadın maşının altında qaldı
Hadisə
11:44 25 dek, 2021
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qazet.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Sadıqova Sevda Rafiq qızı “Ukrayna dairəsi”ndə yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Oxşar hadisə ötən gecə Nizami rayonunda da qeydə alınıb. 1981-ci il təvəllüdlü Hüseynova Nuranə Şirzad qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.