Bakıda 20 yaşlı gənci avtomobil vurub
Hadisə
23:48 26 noy, 2022
Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qazet.az-ın məlumatına görə, avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Camal Abışovu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.