Bakı -9˚C Dreary

Bakıda 20-yə yaxın avtobusun hərəkətində gecikmələr olub - SƏBƏB

Gündəm 12:40 15 dek, 2021

Sıxlıqla əlaqədar bu yolla hərəkət edən 1, 13, 38, 184, M3 və M8 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalınada ləngimələr var

Bakıda 20-yə yaxın avtobusun hərəkətində gecikmələr olub - SƏBƏB

Hazırda Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində kənar yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən sıxlıq müşahidə edilir.

Qazet.az-a xəbər verir ki, bu barədə Bakı Nəqliyuat Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, sıxlıqla əlaqədar bu yolla hərəkət edən 1, 13, 38, 184, M3 və M8 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət intervalınada ləngimələr var. Hazırda qeyd edilən marşrut xətləri üzrə 20-ə yaxın avtobus sıxlıqda qalaraq gecikir.

Nəticədə Yusif Səfərov-"28 May" metro stansiyası eləcə də Koroğlu Rəhimov küçəsi-"Gənclik" metro stansiyası istiqamətlərindəki dayanacaqlarda sərnişin sıxlığı müşahidə edilir.