Bakıda 3 saylı sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var
Hadisə
00:09 25 dek, 2022
![Bakıda 3 saylı sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var](https://qazet.az/resized/fit900x500/center/pages/135108/e412e146-c217-4e05-bfc8-23c675715273-850.jpg)
Bakının Nəsimi rayonunda sərnişin avtobusu qəzaya düşüb, xəsarət alan var.
Qazet.az-ın məlumatına görə, 3 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişin 1992-ci il təvəllüdlü Quliyeva Fatimə Bəhram qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.