Bakı 5˚C Showers

Bakıda 39 yaşlı qadını avtomobil vurub

Hadisə 08:02 11 dek, 2022
Bakıda 39 yaşlı qadını avtomobil vurub

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qazet.az-ın məlumatına görə, avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Zərbəliyeva Rühəngiz Təvəkkül qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.