Bakıda 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi açılıb
Aeroport yolunda baş verən qəza ilə bağlı cinayət işi açılıb
Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun baş verən ağır yol-nəqliyyat hadisəsi bağlı cinayət işi başlanılıb.
Qazet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, qəzayla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydaları pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb: "Hazırda hüquq-mühafizə orqanın əməkdaşları da hadisə yerindədir. Müvafiq ekspertizalar təyin olunacaq".
Qeyd edək ki, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.