Bakıda 54 yaşlı kişini avtomobil vuraraq ağır xəsarət yetirib
Hadisə
05:28 05 dek, 2022
![Bakıda 54 yaşlı kişini avtomobil vuraraq ağır xəsarət yetirib](https://qazet.az/resized/fit900x500/center/pages/128732/7a1808b3-f728-36cc-bd7e-e588bad76559-850.jpg)
Bakınım Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qazet.az-ın məlumatına görə, Zığ yolu deyilən ərazidə avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Nuriyev Mayis Yusif oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması, müştərək travma və qabırğaların sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.