Bakıda 8 ayda paytaxtda 3200-ə yaxın yol nişanı quraşdırılıb
Cəmiyyət
17:06 14 sen, 2021
Vüsal Kərimli: “Yol nişanı üzrə illik hədəfin 57 faizi quraşdırılıb”
Yanvar-avqust aylarında yol hərəkəti təhlükəsizliyinin artırılması çərçivəsində paytaxtın küçə və prospektlərində 3200-ə yaxın yol nişanı quraşdırılıb.
AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
“Bu müddətdə yol nişanları ilə bağlı 112 vətəndaş müraciəti təmin olunub. Yol nişanı üzrə illik hədəfin 57 faizi quraşdırılıb”, - deyə BNA rəhbəri qeyd edib.