Bakı 16˚C Partly sunny

Bakıda ağır yol qəzası olub, ölən və yaralanan var

Hadisə 02:31 27 noy, 2022
Bakıda ağır yol qəzası olub, ölən və yaralanan var

Bakının Sabunçu rayonunda ağır yol qəzasında 21 yaşlı gənc olüb, xəsarət alan var.

Qazet.az-ın məlumatına görə, Balaxanı qəsəbəsində "VAZ-2110" markalı avtomobil yük avtomobili ilə toqquşub.

Hadisə zamanı 21 yaşlı Valeh Qəhrəmanov dünyasını dəyişib. Daha bir nəfər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.