Bakı 25˚C Partly sunny

Bakıda avtobus qəzasında yaralananların son durumu açıqlandı - YENİLƏNDİ

Gündəm 11:13 18 dek, 2021

Xəstələrdən 3 nəfər reanimasiyadadır

Bakıda avtobus qəzasında yaralananların son durumu açıqlandı <span style="color:red">- YENİLƏNDİ</span>

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.

Qazet.az-ın məlumatına görə, növbətçi cərrah Ramiz Kərimov “Report”a bildirib ki, onlardan altı nəfəri hospitalizasiya edilib.

Onun sözlərinə görə, ağır kəllə-beyin travması alan 2010-cü il təvəllüdlü Əlili Əli Xaliq oğlu və qapalı kəllə beyin travması, baş beyin əzilməsi diaqnozları ilə Əliyeva Samirə Nüsrət qızı ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdiriliblər.

“Uşağın vəziyyəti ağırdır. Üç nəfərdə müxtəlif nahiyələrdə sınıq xəsarətləri var. Digər dörd nəfər isə ambulator müayinə olunduqdan sonra evə buraxılıb”.

~~~~~

23:41

Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.

Qazet.az mərkəzə istinadən yaralıların siyahısını təqdim edir:

1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,

2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,

3. 2010-cu il təvəllüdlü Əlili Əli,

4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,

5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,

6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,

7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,

8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,

9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.

Xəstələrdən 3 nəfər reanimasiyadadır. 1 nəfər neyrotravma, 1 nəfər travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.(publika.az)