Bakıda avtomobil 17 yaşlı gənci vurub
Hadisə
11:20 22 okt, 2021
Faktla bağlı araşdırma aparılır
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qazet.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. “20 Yanvar” metrostansiyasının yaxınlığında yolu keçən 2004-cü il təvəllüdlü Rəsulov Allahyar Kamal oğlunu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.