Bakı 3˚C Partly sunny

Bakıda avtomobil park etmək üstündə dava-dalaş – Sümüyünü sındırdılar

Hadisə 17:35 13 dek, 2021

“Bakı” kinoteatının qarşısında sürücü ilə “parkovşik” arasında münaqişə baş verib

Bakıda avtomobil park etmək üstündə dava-dalaş <span style="color:red">– Sümüyünü sındırdılar</span>

Bakıda növbəti dəfə avtomobili düzgün park etməməyə görə dava-dalaş olub.

Qazet.az xəbər verir ki, Xətai rayonu ərazisində, Sarayevo küçəsində  “Bakı” kinoteatının qarşısında sürücü ilə nəzarətçi arasında münaqişə baş verib.

Hadisə zamanı Quba rayon Barlı kənd sakini, 1985-ci il təvəllüdlü Rəşad Səlimov ərazidə avtomobillərin park edilməsinə nəzarət edən şəxsin ona irad bildirməsinə əsəbləşərək dava salıb. Belə ki, o, idarə etdiyi “Opel” markalı avtomobili kinoteatrın qarşısında saxladıqdan sonra münaqişə baş verib. Rəşad Anar Əliyevə başı ilə zərbələr endirərək onun burnunu sındırıb, həmçinin göz nahiyəsində qançirlərin yaranmasına səbəb olub.

Hadisəni törədən şəxs barəsində cinayət məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş açılıb.

Xətai rayon məhkəməsi nəzarətçini döyən sürücünün azadlığının 1 il müddətinə məhdudlaşdırılmasına və ona elektron nəzarət cihazının taxılmasına qərar verib.