Bakı 26˚C Intermittent clouds

Bakıda avtomobil qaçıran şəxs postda saxlanılıb

Hadisə 15:23 13 dek, 2021

Suraxanı RPİ-də araşdırma aparılır

Bakıda avtomobil qaçıran şəxs postda saxlanılıb

Bakıda avtomobil qaçıran şəxs postda saxlanılıb.

Bu barədə Qazet.az-a daxili işlər nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı rayon polis idarəsinin (RPİ) 32-ci polis bölməsinə dekabrın 12-də saat 1 radələrində Qaraçuxur qəsəbəsində yaşayan B.Mehdiyevə məxsus “AzSamand” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil dekabrın 12-də saat 3 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda Baş dövlət yol polisi idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən sürücü M.Əlizadə və sərnişini Ş.Babayev saxlanılaraq Suraxanı RPİ-ə təhvil veriliblər.

Suraxanı RPİ-də araşdırma aparılır.