Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Hadisə
17:21 17 yan, 2022
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır
Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 15-də saat 11 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində paytaxt sakini R.Əsgərov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Əşrəf Sərkərovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.