Bakı 14˚C Mostly sunny

Bakıda avtomobillə piyadanı vuraraq qaçan şəxs tutulub

Hadisə 15:55 25 okt, 2021

Şəki rayon sakini X.Gülüyev müəyyən edilərək saxlanılıb

Bakıda avtomobillə piyadanı vuraraq qaçan şəxs tutulub

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-da saat 7 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobil hərəkət zamanı həmin yolu keçən qəsəbə sakini A.Qədirovu vurub. A.Qədirov xəstəxanaya müraciət etməyib.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KIA” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini X.Gülüyev müəyyən edilərək saxlanılıb.