Bakıda azyaşlı uşaq oğurlandı
Hadisə
14:19 30 dek, 2021
2019-cu il təvəllüdlü oğlan uşağının oğurlanması ilə bağlı polisə məlumat daxil olub
Bakıda azyaşlı uşaq oğurlanıb.
Qazet.az Report-a istinadən xəbər verir ki, hadisə dekabrın 29-da Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən evlərdən birində 2019-cu il təvəllüdlü oğlan uşağının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Hazırda daxil olan məlumat əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.